Modern.az

Azərbaycanın ən yaşlı tələbəsi - Video

Azərbaycanın ən yaşlı tələbəsi - Video

12 Yanvar 2018, 01:01

Azərbaycanın ən yaşlı tələbəsi Azərbaycan Dillər Universitetində təhsil alır. Modern.az  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, övladı yaşındakı tələbələrlə birlikdə eyni parta arxasında oxuyan Bəhram Şamilov müəllim olmaq istəyir.

 

Universitetin üçüncü kurs tələbəsi olan Bəhramla elə imtahan verərkən söhbətləşdik.

Onun sözlərinə görə, bu təhsil aldığı ilk universitet deyil. Bundan əvvəl o, Moskvada oxuyub və Azərbaycanda Tibb Universitetini bitirib. Bir müddət dövlət müəsissələrinin birində həkim kimi çalışıb. Həmsöhbətim artıq bir neçə imtahını da uğurlu verib.

 

Bəhram Şamilov deyir ki, universitetdə ən yaşlı tələbə olmasına baxmayaraq tələbə yoldaşları ilə də münasibəti yaxşıdır. Onlar kimi vaxtı-vaxtında dərsə gəlir və verilən tapşırıqları yerinə yetirir.

 

Dillər Universitetinin Tələbə-elmi cəmiyyətinin sədr müavini Şahin Sərdarlı deyir ki, Bəhram Şamilov universitet həyatında da aktivliyi ilə seçilir.

 

Bəhram Şamilov bildirdi ki, universiteti bitirdikdən sonra bir müddət ingilis dili müəllimi kimi çalışacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu