Modern.az

Ötən gün Azərbaycanda 122 cinayət törədilib

Ötən gün Azərbaycanda 122 cinayət törədilib

12 Yanvar 2018, 10:37

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 122 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, axtarışda olduğuna görə 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu