Modern.az

İcra başçısı Əhəd Abıyev ATV-nin şou proqramında iştirak edib (FOTOLAR)

İcra başçısı Əhəd Abıyev ATV-nin şou proqramında iştirak edib (FOTOLAR)

9 İyul 2011, 16:12

ATV telekanalının “Tanıdım səni” verilişinin yararadıcı qrupu ilə Daşkəsən rayonunun Bayraq meydanında daşkəsənlilərin görüşü keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, ümumrayon tədbirində min nəfərə yaxın tamaşaçı iştirak edirib. Yaradıcı qrupun üzvləri əvvəlcədən rayonun müxtəlif kəndlərindən, yaşayış məntəqələrindən olan istedadlı, qeyri-adi bacarıq və qabiliyyətə malik gəncləri dinləyib, müsabiqədə uğur qazananları  layihəyə qatıblar.

Mərasimdə “Tanıdım səni” verilişinin aparıcısı Zaur Baxşəliyev daşkəsənliləri salamlayaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə söz verib.
Ə.Abıyev deyib ki, yenicə istifadəyə verilən Bayraq meydanında dalğalanan üçrəngli bayrağın altında, əbədiyaşar Heydər Əliyevin adını daşıyan  bulağın önündə belə tədbirlər tez-tez keçiriləcək.

“Mən sizi əmin edirəm ki, Daşkəsən tezliklə ölkəmizin inkişaf etmiş digər rayonları ilə birgə addımlayacaqdır. “Tanıdım səni” verilişinin yaradıcı qrupunun növbəti səfərləri rayonumuzun digər ünvanlarında da keçiriləcək. Bir daha qonaqlarımızı salamlayır, onlara yaradıcılıq uğurları arzulayıram. Ən böyük arzum isə budur ki, Tanrı möhtərəm Prezidentimizi, Prezidentimiz isə bizləri qorusun”-deyə Ə.Abıyev bildirib.

İcra başçısının nitqindən sonra yaradıcı heyət seçilmiş istedadların müsabiqəsinə start verib. Münsiflər heyətinin üzvləri Canəli Əkbərovun və Samir Piriyevin canlı ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.





Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj