Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik ünvanlayıb. Təbrikdə deyilir:
- Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı – Xalq inqilabı günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Monqolustan dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıram.