Modern.az

Şirvanda bir nəfər çökən evin çardağı altında qaldı

Şirvanda bir nəfər çökən evin çardağı altında qaldı

13 Yanvar 2018, 18:55

Şirvanda evin çardağı çöküb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 1 nəfər dağıntılar altında qalıb.

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət alan vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI