Modern.az

Məhkəmə Əziz Yıldırımın həbsinə qərar verdi

Məhkəmə Əziz Yıldırımın həbsinə qərar verdi

10 İyul 2011, 22:44

Türkiyə futbolunda danışılmış oyunlarla bağlı istintaqın tutulma tələbi ilə məhkəməyə verdiyi "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım iyulun 10-da həbs olundu.

Modern.az “CNNtürk”ə istinadən bildirir ki, Ə.Yıldırım prokurorluq sorğusunun ardından həbs olunması tələbiylə hələ 2 gün əvvəl məhkəməyə sövq edilmişdi, amma onu sağlıq durmundakı narahatlığı səbəbiylə iki dəfə xəstəxanaya göndərmişdilər.

İyulun 10- da məhkəməyə gətirilən Ə.Yıldırımın sorğusu 4 saat yarıç sürüb.

Məhkəmənin həbs olunması istiqamətində qərar verdiyi "Fənərbaxça" prezidentinin “Səngər” həbsxanasına aparılması gözlənilir.

Məhkəmənin qərarı “Fənərbaxça” tərəfdarlarının etirazına səbəb olub və polis olaya müdaxilə edib.

Bu arada UEFA-nın vitse-prezidenti Şenes Erzik “Fənərbaxça” prezidenti Əziz Yıldırımın həbs olunması olayını şərh etmək istəməyib: "Mövzuyla əlaqədar olaraq danışmam doğru olmaz".

“Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcav isə Əziz Yıldırımın futbolda danışılmış oyunlar iddiasıyla  həbs olunmasına çox kədərləndiyini söyləyib. Cavcav "həvəslə çalışan bir rəhbərə belə bir şey rəva görülməməli idi" deyib.

İlhan Cavcav “Fənərbaxça”nın Əziz Yıldırımın 13 illik rəhbərliyi dövründə böyük uğurlara imza atdığını ifadə edib və "vəziyyətinə çox kədərləndim, inşallah irəlidəki müddətdə özü də “Fənərbaxça” da təmizə çıxar" deyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj