Modern.az

Sumqayıtda məktəbli qızı maşın vurdu

Sumqayıtda məktəbli qızı maşın vurdu

14 Yanvar 2018, 22:17

Sumqayıt şəhərində məktəbli qızı maşın vurub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.

 

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.

 

Yaralı qız Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının zədə məntəqəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI