Modern.az

Deputatların tətili başa çatdı

Deputatların tətili başa çatdı

Aktual

15 Yanvar 2018, 09:25

Azərbaycan Milli Məclisinin (MM) deputatlarının tətil müddəti bu gün başa çatıb.

 

“Report”un xəbərinə görə, bu həftə parlamentin komitələri işə başlayacaq.

 

Fevralın 1-də isə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.

Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI