Modern.az

Deputatlar Bolqarıstana gedirlər

Deputatlar Bolqarıstana gedirlər

Aktual

15 Yanvar 2018, 17:09

Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev yanvarın 16-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.


Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Bolqarıstan Xalq MəclisininAzərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə edəcəklər.


Deputatlarımız Bolqarıstan parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.


Səfər yanvarın 19-da başa çatacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi