Əfqanıstan paytaxtı Kabil raket atəşinə tutulub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kanada və Hindistan səfirlikləri yaxınlığına iki raket mərmisi düşüb.
İlkin məlumata əsasən, insident nəticəsində zərərçəkən olmayıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.