Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituryentlər bu gündən gündən IV ixtisas qrupunu seçən abituriyentlər “İmtahana buraxılış vərəqələri”ni çap edə bilər. Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a məlumat verib.
E.Nağızada bildirib ki, iyulun 16-da keçiriləcək imtahanda təxminən 15 min 500 abituriyentin iştirakı gözlənilir. İmtahan Bakı, Naxçıvan, Gəncə ilə yanaşı, bu il ilk dəfə Lənkəranda da keçiriləcək. Bunun üçün abituriyentlər TQDK-nın //www.tqdk.gov.az/bvali2011/ internet səhifəsinə daxil olmalq imtahan buraxılış vərəqələrini götürə bilərlər.