Modern.az

Ötən gün Azərbaycanda 38 şübhəli şəxs tutulub  

Ötən gün Azərbaycanda 38 şübhəli şəxs tutulub   

Aktual

16 Yanvar 2018, 09:10

Daxili İşlər Nazirliyi ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

Nazirlikdən Modern.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

        
Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI