Modern.az

8 ton ağırlığında plov hazırlandı - ilk dəfə

8 ton ağırlığında plov hazırlandı - ilk dəfə

Aktual

16 Yanvar 2018, 09:14

Özbəkistanin Surxandərya vilayətinin Denauy rayonunda dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb.

 

AZƏRTAC xəbər verir ki, plovun hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib.

 

Xatırladırıq ki, ötən il sentyabrın 8-də Daşkənddə keçirilən “Ozbeqim” Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində paytaxt aşpazları 7360 kiloqram ağırlığında özbək plovu hazırlamış və Ginnesin Rekordlar Kitabına düşmüşdü.

 

Plovu hazırlamaq üçün Daşkənddəki meqa-qazan Surxandərya vilayətinə aparılıb. Qazan isə Almalık Dağ-Mədən Kombinatında hazırlanıb, diametri 4,2 metr, ağırlığı 7 tondur.

 

Surxandərya aşpazları isə rekordu təzələyiblər, ancaq 8 ton ağırlığında plovun Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqda heç nə deyilmir.

 

Plov vilayətdəki hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI