Modern.az

Qızıl Aypara Cəmiyyəti Qazaxın bir kəndini susuzluqdan xilas edib

Qızıl Aypara Cəmiyyəti Qazaxın bir kəndini susuzluqdan xilas edib

Təhsil

11 İyul 2011, 14:07

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilk olaraq insanları narahat edən problemlərin aradan qaldırılması üçün daim müxtəlif donor dövlətlərə və təşkilatlara müarciət etməklə lazımi fəaliyyətlər apararır və insanların narahatlığını aradan qaldırır.

Cəmiyyətdən verilən məlumata görə, 2010-cu ilin may ayından Azərbaycan Qızıl Aypara Cəmiyyəti və tərəfdaş təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi Qazax rayonunun Məzəm kəndində araşdırma apararaq içməli su probleminin mövcud olmasını aşkar edib. Bu problemin həll olunması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Beynəlxalq Qızıl Xaç Komitəsinin texniki dəstəyi ilə layihə tərtib edərək Yaponiya Səfirliyinə təqdim edib. Məzəm kəndində içməli su probleminin həllindən bəhs edən “İçməli Su Sisteminin Qurulması”  layihəsi Yaponiya səfirliyi tərəfindən lazımi dəstəyi alıb. Layihənin tam olaraq başlanması üçün 2010-cu ilin sentyabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Yaponiya Səfirliyi arasında qrant müqaviləsi rəsmi surətdə imzalanıb.  2010-cu ilin dekabr ayından başlayan layihə 2011-ci ilin may ayında tam olaraq bitib.

Qazax rayonu Məzəm kəndində layihənin rəsmi açılış mərasimi təşkil olunub.  Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi və Yaponiya Səfirliyinin məsul nümayəndələri ilk olaraq Qazax rayonu İcra Hakimiyyəti başçısının dəvəti ilə Rayon İcra Hakimiyyətinin binasında görüş keçiriblər. Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı Rauf Hüseynov qonaqlara, onların təmsil etdikləri qurumların rəhbərliyinə öz adından və Qazax rayon ictimaiyyəti adından respublika ərazisində, o cümlədən də Qazax rayonunda həyata keçirdikləri bütün əhəmiyyətli fəaliyyətlərə görə təşəkkür edib. O, çoxdandır ki, Məzəm kəndində su probleminin olmasını vurğulayıb. Son illərdə dövlət tərəfində kənddə 1 artezyan quyusunun qazılaraq suvarma üçün kənd camaatının istifadəsinə verildiyini bildirib. Deyib ki, amma kənddə mövcud olan içməli su problemini hələ də aradan qaldırmaq mümkün olmayıb.
Rayon İcra Hakimiyyəti başçısı son illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinin müxtəlif səpkidə rayonda həyata keçirdikləri humanitar layihələrdən, o cümlədən bir neçə mina riskli kənddə uşaqlar üçün “Təhlükəsiz Oyun Meydançası”nın quraşdırılmasını, ailə başçısını itirmiş bir neçə mina qurbanı ailəsini iribuynuzlu heyvanların verilməsini, su layihələrinin həyata keçirilməsini, mütəmadi olaraq ehtiyaclı ailələrə ərzaq bağlamalarının təqdim olunmasını və s. vurğulayıb. O, bu işlərə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslanova təşəkkürünü bildirib.

Simvolik qırmızı lent Qazax Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Fərman Nağdəliyev, Yaponiya Səfirliyinin məsul nümayəndəsi Matsuzava Koutaro, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzinin koordinatoru İsmayıl Əsədov və Beynəlxalq Qızıl Xaç Komitəsinin məsul nümayəndəsi Coanna Barton tərəfindən kəsilib. Qonaqlar sudan içərək açılış mərasiminin rəsmi hissəsini bitiriblər.

Rəsmi hissədən sonra qonaqlar layihə çərçivəsində nəzərdə tutulmuş su dəhnələrinə, 30m3 su anbarına, su xəttlərinə (basdırılmış su borularının keçdiyi ərazilərə) və kəndin müxtəlif yerlərində quraşdırılmış 5 su bulağına baxış keçiriblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti belə kayihələrin davamı üçün beynəlxalq təşkilatlarla danışıqları davam etdirir.




Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj