Modern.az

İlham Əliyev üç prezidentə başsağlığı verib

İlham Əliyev üç prezidentə başsağlığı verib

Təhsil

11 İyul 2011, 14:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova baçsağlığı verib. Başsağlığında deyilir:

- Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Abadan şəhərində baş vermiş partlayışlar nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!

***
Azərbaycan Prezidenti Rusiyada çoxsaylı insan tələfatı ilə müşayiət olunan “Bulqariya” teploxodunun batması ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevə də başsağlığı verib.

- Bulqariya” teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram.

***

İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə də başsağlığı verib:

 

- Hörmətli Viktor Fyodoroviç,
Rovno vilayətində qocalar evində yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj