Modern.az

Türkiyədə atışma: 2 ölü, 3 yaralı

Türkiyədə atışma: 2 ölü, 3 yaralı

16 Yanvar 2018, 15:38

Türkiyədə silahlı qarşıdurma baş verib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,hadisə Türkiyənin Diyarbakır şəhərində baş verib.İki ailə arasında başlayan münaqişə atışma ilə nəticələnib.

 

İki nəfərin ölümü və 3 nəfərin yaralandığı hadisə anbaan kameralara qeyd olunub.  Görüntülərdə,hadisə yerindən qaçan bir nəfərin yolun digər tərəfinə keçməyə çalışan kiçik qızı avtomobillə vurduğu da görünür.

 

İlk əvvəl dəyənəklərlə bir-birinə hücum edən ailələr sonradan atəş açmağa başlayıblar. Bu vaxt naməlum bir şəxs maşınından düşərək atışmaya qoşulub. Sonradan maşın ilə hadisə yerindən qaçmağa çalışarkən Esra adlı azyaşlı qızı vurub. Cinayətkar hadisə yerindən uzaqlaşıb. Esra isə təcili olaraq xəstəxanaya çatdırılıb.

 

Türkiyə polisi silahlı qarşıdurmada iştirak edən və kimliyi müəyyən edilən 4 nəfəri həbs edib. Münaqişədə iştirak edən digər şəxslərin  tutulması üçün əməliyyatlar davam edir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK