Ukrayna Radası önündə Donbas bölgəsinin reinteqrasiyasını və Rusiyanın aqressor kimi tanınmasını tələb edən kütlə ilə polis arasında toqquşma vaş verib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, etirazçılar avtomobil təkərlərini yandıraraq Rusiya bayrağını oda veriblər.
Etirazçıların “Azadlıq” təşkilatının radikal üzvlərindən olduğu bildirilir.