Modern.az

Rəşad Sadıqovun komandası ilk qələbə qazandı

Rəşad Sadıqovun komandası ilk qələbə qazandı

Aktual

16 Yanvar 2018, 20:38

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb. Modern.az xəbər verir ki, Rəşad Sadıqovun başçılıq etdiyi komanda "Alanyaspor"lu həmyaşıdları ilə qarşılaşıb.

Rəşad Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, millimizin Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi