Rusiya prezidenti Dmitri Medvedev və ABŞ-ın dövlət başçısı Barak Obama arasında telefon danışığı olub. Rəsmi Kremlin məlumatına görə, prezidentlər Barak Obama və Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafıvndakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. ABŞ prezidenti rusiyalı həmkarının bu istiqamətdəki səylərini, xüsusilə, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün təşkilini yüksək qiymətləndirib. Həm Rusiya, həm də ABŞ tərəfi Bakı və İrəvan arasında problemin sülh yolu ilə həlli yollarının axtarışlarına yardım məqsədilə gələcəkdə də əlaqələndirilmiş addımların atılmasına əminliyini ifadə edib.
Dvlət başçıları regional və beynəlxalq problemlərin həllinə kömək məqsədi ilə ikitərəfli koordinasiya suallarını müzakirə ediblər.
Rusiya XİN rəhbəri Sergey Lavrov hazırda ABŞ-da səfərdədir. Onyn amerikalı həmkarı Hillari Klintonla görüşü gözlənilir. İyulun 11-də Rusiya xarici işlər naziri ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun amerikalı (Robert Bradtke), fransalı (Bernar Fasye), rusiyalı (İqor Popov) həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Ötən həftə Sergey Lavrov Bakı və İrəvana səfəri zamanı prezident Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərini Azərbaycan və Ermənistan prezidentlərinə təqdim edib.
Modern.az