Ədliyyə Nazirliyi daha 24 qeyri-kommersiya təşkilatını dövlət qeydiyyatına alıb. Modern.az saytının Ədliyyə Nazirliyindən aldığı məlumata görə, həmin qeydiyyatlar 2011-ci ilin II rübündə həyata keçirilib.
Rəsmi qeydiyyata alınan təşkilatlardan 1-i siyasi partiya, 1-i universitet, 3-ü fond, 19-u ictimai birlikdir. Bununla da ölkədə rəsmi qeydiyyata alınmaq fəaliyyət göstərən siyasi partiyaların, QHT-lərin sayı artıb.
Ədliyyə Nazirliyindən bildirilib ki, dövlət qeydiyyatına alınan siyasi təşkilat Milli Məclisin deputatı Fərəc Quliyevin rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasıdır.
Rəsmi qeydiyyatdan keçən digər qeyri-kommersiya təşkilatları aşağıdakılardır:
1."Nevroloqların Milli Assosiasiyası" ictimai birliyi
2. "Gənclərin Maarifləndirilməsi və Təlimi" ictimai birliyi
3. "Azərbaycan Respublikası Endokrinologiya Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası" ictimai birliyi
4. "Azərbaycan Kudaka Karate-Do Klubu"ictimai birliyi
5. "Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı" ictimai birliyi
6. "Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti" ictimai birliyi
7. "Ümid" Onkoloji Xəstələrə - Uşaq və Böyüklərə Yardım Fondu
8. "İbn Sina-Tibbi Araşdırmalar" ictimai birliyi
9. "Cəmiyyətin Səmərəli İnkişafına Dəstək" ictimai birliyi
10. "Kitab Yayımı İşinin İnkişafına Dəstək" ictimai birliyi
11. "Azəri Gosoku Ryu Karate-Do İdman Klubu" ictimai birliyi
12. "Regional Medianın İnkişafına Yardım" ictimai birliyi
13. "Xaçmaz rayon Rus İcması" ictimai birliyi
14. "Balaxanı Sosial İnkişaf" fondu
15. "Aqrodizayn" kənd təsərrüfatının inkişafına dəstək ictimai birliyi
16. "Cəmiyyətin Sosial İnkişafında Mənəvi Dayaq" fondu
17. "Quba dağ kəndlərinin davamlı inkişafı" ictimai birliyi
18. "Hüquqi Tədqiqatlar və Təşəbbüslər Mərkəzi" ictimai birliyi
19. "Miks Fayt" idman klubu ictimai birliyi
20. "Ağəşgah Sığorta Qrupu" hüquqi şəxslər ittifaqı
21. Qərb Universiteti
22. "İdrak" Mötədillik prinsipi üzrə Azərbaycan
23. "Azərbaycan-Rusiya Dostluq Cəmiyyəti" ictimai birliyi
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin məlumatına görə, hazırda Azərbaycanda 3500-dən çox QHT, 50-dən çox siyasi partiya rəsmi qeydiyyatdan keçib.
Adəm Qorxmaz