Dəstə üzvlərindən olan jurnalist qız 19 il həbsxanada qalacaq
Moskva Hərbi Dairə Məhkəməsi azərbaycanlılara, qafqazlılara və digər xalqın nümayəndələrinə miili zəmində cinayətlər törətməkdə ittiham olunan dəstəyə hökm çıxarılıb. Modern.az “Rosbalt”-a istinadən bildirir ki, “Millətçi-sosialist cəmiyyəti-(MSC)-Şimal” qrupunun liderləri ömürlük azadlıqdan məhrum edilib.
Məhkəmə işə baxaraq dəstənin 27 ölüm işində günahkar olduğunu elan edib. Dəstənin beş üzvü- Vlasilav Tamamşev, Leonid Rudlik, Viktor Appalonov və Nikolay Mixaylov ömürlük həbsə məhkum edilib.
Qəribədir ki, bu cinayətkar dəstənin bir qız üzvü Moskva Dövlət Unversitetinin jurnalistika fakültəsinin tələbəsi Vasilisa Kovalyova Rusiyada tanınmış ziyalı ailəsindəndir. Məhkəmə Vasilisaya 19 il həbs cəzası kəsib. Dəstənin digər üzvləri 10 ildən 23 ilədək cəza alıblar.
Məhkəmə “Millətçi-sosialistlər Cəmiyyəti”ni qanundankənar elan edib.
Qeyd edək ki, bu son illərdə Rusiyada ultra-millətçi dairələrlə bağlı məhkəmənin çıxardığı ən sərt məhkəmə qərarıdır. Buna qədər isə bu tip cinayətkarlar barədə məhkəmə cərimə və sınaq müddəti tətbiq edirdi.