Modern.az

Hacıqabulda da gənclərin kampaniyası keçirilib

Hacıqabulda da gənclərin kampaniyası keçirilib

Təhsil

12 İyul 2011, 13:35

“VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası öz seçim turlarını bu dəfə Hacıqabul həyata keçirib. 150 Hacıqabullu gəncin iştirakı ilə keçirilən Kampaniyada gənclər Vətənimizin ərazilərini necə tanıdıqlarını nümayiş etdiriblər. İstər xəritədə, istərsə də elektron variantda gənclər aktiv olublar. Kampaniyanı həyata keçirən işçi qrupunun rəhbəri, Milli Şuranın üzvü Vüsal Kazımov və Bəxtiyar Rəhimov Hacıqabullu gəncləri seçim turunun qaydaları, məqsəd və vəzifələri barədə məlumatlandırıb.

Seçim turu uğurla yekunlaşıb və qaliblər müəyyənləşdirilib.

Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.



Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi