Modern.az

Rövnəq Abdullayevin adından ziyafət verilib, tanınmış simalar da orda olub

Rövnəq Abdullayevin adından ziyafət verilib, tanınmış simalar da orda olub

12 İyul 2011, 13:43


Bu günlərdə ARDNŞ-nin Türkiyə nümayəndəliyinin dəstəyi ilə qardaş ölkənin ali təhsil məktəblərindən məzun olmuş tələbələrin görüşü keçirilib. Türkiyənin müxtəlif şəhərlərindən Ankaraya gəlmiş tələbələr əvvəlcə Heydər Əliyev parkını ziyarət ediblər.
Modern.az ARDNŞ-yə istinadən bildirir ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyində tədbirin rəsmi hissəsi keçirilib. Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan məzun gecəsində Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yusuf Ziya Özcan, Türkiyə Respublikasının təhsil nazirinin müavini Salih Çelik, Türkiyə Xaricindəki Türklərlə İş Üzrə Dövlət Qurumunun rəhbəri Kemal Yurtnaç, Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov, ARDNŞ-nin Türkiyə nümayəndəliyinin rəhbəri və eyni zamanda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin Sədri Seymur Ağayev, millət vəkilləri, nüfuzlu elm adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva, habelə Yusuf Ziya Özcan, Salih Çelik, Kemal Yurtnaç, Seymur Ağayev və başqaları Türkiyənin ali təhsil ocaqlarında təhsilini başa vurmuş məzunlarımızı təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. Mərasimdə məzun tələbələrimizə qiymətli hədiyyələr təqdim olunub, sonda ziyafət verilib.


Modern.az
Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj