Modern.az

"Boz Qurd" Partiyasında güneylilərlə görüş (FOTO)

"Boz Qurd" Partiyasında güneylilərlə görüş (FOTO)

12 İyul 2011, 14:53

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) qərargahında partiya sədri Tufan Kərim Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) səlahiyyətli nümayəndəsi Saleh İldırımı və GAİP konseptual məsələlər üzrə sorumlusu Nəbi Söytürkü qəbul edib. Partiyadan verilən məlumata görə, görüşdə Güney Azərbaycan türklüyünün milli hüquqlarının durumu, regionda gedən siyasi proseslərdə Azərbaycan xalqının mənafeləri və digər mövzulara  toxunulub.  “Ümumi bir razılığa gəlinib ki, müzakirə edilmiş mövzular Millətimizin və Dövlətimizin mövcudluğu və taleyi üçün önəmlidir və toxunulmuş məsələlər üzrə hər iki siyasi qurumun baxışları analojidir”-deyə partiyadan bildirlib.
Müzakirələr sonu hər iki qurum tərəfindən yekdil olaraq belə bir niyyət bildirilib ki, ümummilli mənafelər zəminində hər iki qurum arasında Azərbaycan Respublikası qanunvericiliynə və beynəlxalq hüquqa, ümumbəşəri dəyərlərə uyğun olaraq əməkdaşlıq edilsin. Görüşdə AMDEP Siyasi Şura və MNTK üzvləri də iştirak ediblər.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj