Dünya Azərbaycanlıları Konqresində (DAK) növbəti struktur dəyişiklikləri həyata keçirilib. Belə ki, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia təşkilatın Nizamnaməsini əsas tutaraq, Tahir Hacıyevin DAK-ın Rusiya Federasiyası üzrə nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıblar. Bu barədə Modern.az-a DAK-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia təşkilatın Nizamnaməsini əsas tutaraq, konqresin işini gücləndirmək məqsədi ilə DAK-ın İcra Aparatının təşkil edilməsi və Oqtay Ağaəli oğlu Hümbətlinin həmin qurumun rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıblar. Qeyd edək ki, Oqtay Hümbətli Azərbaycan Texniki Universitetinin müəllimidir. Uzun müddət Mərkəzi Seçki Komissiyasında (MSK) üzvü işləyib. Bu ilin fevralından DAK-a üzv qəbul olunub.
Modern.az