Modern.az

Vergilər Nazirliyi vergi yoxlamalarından yayınan 90 nəfəri axtarıb tapdı

Vergilər Nazirliyi vergi yoxlamalarından yayınan 90 nəfəri axtarıb tapdı

12 İyul 2011, 17:18

Vergilər Nazirliyi 2011-ci ilin 1-ci yarımilliyi ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində  nazirlik  tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 260 cinayət işi başlanıb. Modern.az xəbər verir  ki, 2011-ci ilin 1-ci yarımilliyi ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 260 cinayət işi başlanıb və 144 iş üzrə ibtidai istintaq tamamlanıb. İbtidai istintaqı tamamlanan  cinayət işlərindən vergiləri ödəməkdən yayınma və qanunsuz sahibkarlığa görə 3 iş, vergiləri ödəməkdən yayınmaya görə 6 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 1 iş, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş olmaqla, cəmi 18 nəfər barəsində 11 cinayət işi  baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 81 cinayət işinə xitam verilib, 24,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Cinayət işləri üzrə keçirilən  istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilən 6 nəfər şəxsin tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilməsi, ibtidai istintaqdan yayınan 125 şəxsin məcburi qaydada gətirilməsi, 104 şəxsin tapılaraq istintaqa gəlməsi, 68 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi yoxlamalarından yayınan 90 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim edilib.

Vergi hüquqpozmalarına yol verən  şəxslər barəsində qanunda nəzərdə tutulan  qaydada mübarizə tədbirləri davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj