İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 58,1 min litr saxta sərinləşdirci içki məhv edilib.
Modern.az saytı xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Budad LTd"-yə məxsus sexdə aparılan yoxlama zamanı müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edilən, yararlılıq müddəti heç bir normativ sənədə əsaslanmadan təyin olunan, etiketlərində məhsulun istehsalında istinad olunan normativ sənədin nömrəsi, istehsal tarixi, enerji dəyəri və istehsalçısı barədə məlumatlar göstərilməmiş saxta sərinləşdirici içkilərin satışının dayandırılması barədə icrası məcburi göstəriş verilib. Satışı dayandırılan 58,1 min litr saxta sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunan qaydada məhv edilib. Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən "Budad LTd" barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Modern.az