Modern.az

Prezident korrupsiyadan danışıb nazirlərə göstəriş verdi: "Bunu heç kim uzatmasın"

Prezident korrupsiyadan danışıb nazirlərə göstəriş verdi: "Bunu heç kim uzatmasın"

12 İyul 2011, 23:50

İyulun 12-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazirlərə tapşırıqlar veribb. Prezident deyib:

- Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır. Mənim tərəfimdən imzalanmış xüsusi sərəncamda bütün bu məsələlər göstərilibdir. Hər bir nazirlik və dövlət qurumu həmin sərəncama uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu Sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaqdır.

Korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var, nəticələr yaxşıdır.
Həmişə olduğu kimi, bu ilin altı ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülmüşdür, kreditlər verilmişdir. Nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilmişdir. İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə – 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir.

Çıxışımın sonunda qeyd etməliyəm ki, gələn ilin dövlət büdcəsi üzərində işlər başlamışdır. Gələn ilin büdcəsi də həm investisiya yönümlü, həm də sosial yönümlü olmalıdır. Bu il başlanan proqramların icrası əlavə vəsait tələb edəcəkdir. Bütün bu məsələlər gələn ilin büdcəsində öz həllini tapmalıdır. Biz gələn ilin planları haqqında indidən düşünməliyik və düşünürük. Yəqin ki, yaxın vaxtlarda bütün dövlət qurumlarından təkliflər verilməlidir. O təkliflərə baxacağıq. Gələn ilin büdcəsi də bizə Azərbaycan iqtisadiyyatını uğurla inkişaf etdirməyə imkan verəcəkdir.
Bir daha demək istəyirəm ki, ilin altı ayının nəticələri çox ümidvericidir. Başqa cür ola da bilməzdi. Biz bunu elə ilin əvvəlindən bilirdik. Çünki bütün qəbul olunmuş proqramlar ona gətirib çıxarır ki, Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Beləliklə, biz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj