Modern.az

Senat ermənilərin “türkpərəst” elan etdiyi diplomatın məsələsinə baxır

Senat ermənilərin “türkpərəst” elan etdiyi diplomatın məsələsinə baxır

13 İyul 2011, 11:18

ABŞ Senatı Con Heffernin Ermənistana səfir göndərilməsi ilə bağlı  namizədliyini bu gün müzakirə edəcək. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, dinləmlər Senat komitəsinin saytında onlayn translasiya ediləcək. ABŞ erməni icması Hefferni “türkpərəst” elan edib. Erməni icması bununla bağlı yaydığı bəyanatda bildirib ki, “Heffern “erməni genosi”dini tanımır və Dağlıq Qarabağla bağlı Azərbyacanın tərəfini tutur”.

Qeyd edək ki, Heffern 90-cı illərdə Konqresdə türkləri açıq dəstəkləyən konqresmen Duq Beruoterin yanında işləyb. 1995-96-cı illərdə o, konqresmenini beynəlxalq əlaqələrinə cavabdeh olub.

Senat Heffernin namizədliyini təsdiq etsə o, Mari Yovanoviçin yerinə İrəvana səfir gələcək. Hazırda Heffern  NATO-nun Brüsseldəki ofisində yerləşən ABŞ missiyasına rəhbərlik edir.

Buna qədər isə o, ABŞ-ın İndoneziyada səfiri işləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı