Modern.az

Ələt Azad İqtisadi Zonasının hüquqları müəyyənləşib - SİYAHI

Ələt Azad İqtisadi Zonasının hüquqları müəyyənləşib - SİYAHI

22 Yanvar 2018, 17:08

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olmuş yeni “Ələt iqtisadi zonası haqqında” qanun layihəsində qeyd edilib.

Yeni qanun layihəsinin 6-cı maddəsində (Azad Zona səlahiyyətli qurumunun hüquqları və vəzifələri) bildirilir ki, Azad Zona səlahiyyətli qurumunun aşağıdakı hüquqları var:

- Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun daxili qaydaları hazırlamaq, qəbul etmək və dəyişikliklər etmək;

- Azad Zonanın beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədi ilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq;

- Hüquq və vəzifələri üçüncü şəxslərə ötürmək;

- Sahib olduğu səhmləri (payları) satmaq və ya onlar barəsində hər hansı digər şəkildə sərəncam vermək;

- Müvafiq məsləhətçini, o cümlədən üçüncü tərəf məsləhətçisini və ya podraçını cəlb etmək;

- Azad Zona fəaliyyəti ilə bağlı kömək və əməkdaşlıq üçün  əsas iqtisadiyyat orqanına müraciət etmək;

- Azad Zona səlahiyyətli qurumu və Azad Zona inzibati müəssisələri tərəfindən göstərilən xidmətlər üçün ödənişləri və digər maliyyə ödənişlərini müəyyənləşdirmək və toplamaq;

- Mənşə sertifikatlarını vermək;

- Azad Zona qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərini, o cümlədən cərimələrini tətbiq etmək və toplamaq;

- Öz büdcəsini və Azad Zona inzibati müəssisələrinin büdcəsini müəyyənləşdirmək və təsdiq etmək;

- Dövlət maliyyələşməsi üçün müraciət etmək və banklardan, maliyyə institutlarından və digər qurumlardan maliyyə vəsaitləri almaq;

- İstənilən maliyyə vəsaitlərini cəlb etmək məqsədi ilə əmlak və aktivlər üzərində ipoteka və ba yüklülük yaratmaq;

- Bank hesabları açmaq;

- İstənilən işgüzar fəaliyyətlə məşğul olmaq;

- Azad Zonaya investisiyaların  cəlb edilməsi üçün biznes təşviqlərini təmin etmək;

- Üçüncü tərəf podraçılar və ya xidmət təchizatçıları ilə müqavilələr bağlamaq;

- Öz vəzifələrini yerinə yetirmək üçün digər hüquqları həyata keçirmək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI