Modern.az

Hindistanın ən təhlükəli terrorçusu tutuldu

Hindistanın ən təhlükəli terrorçusu tutuldu

Aktual

23 Yanvar 2018, 09:01

Hindistanda ölkəninən ən təhlükəli terrorçularından hesab edilən Abdulla Sübhan Kureşi tutulub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dehli polisi məlumat yayıb.

Kureşi 2008-ci ildə Əhmədabad şəhərində 56 nəfərin ölümü ilə nəticələnən terror aktının törədilməsində şübhəli bilinir.

 

Terrorçunun təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə atışmanın ardınca saxlanıldığı bildirilir.

Kureşinin partlayıcı qurğuların istehsal olunması üzrə mütəxəssis olduğu vurğulanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI