Modern.az

Təhsil Nazirliyi yenilənən dərsliklərin adlarını açıqladı

Təhsil Nazirliyi yenilənən dərsliklərin adlarını açıqladı

13 İyul 2011, 13:25

2011-2012-ci dərs ilində 4-cü sinif dərslikləri tamamilə yenilənəcək. Bu il 102 adda dərslik və müəllim üçün metodiki vəsaitin çapı nəzərdə tutulub. Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. Onun sözlərinə görə, 4-cü siniflər üçün yeni dərsliklər kurrikulum əsasında hazırlanır.

F.Şahbazlı eyni zamanda bildirib ki, yeni dərs ili üçün 24 adda dərslik müəyyən faizlə çap olunub: “Artıq onların çapı başa çatıb. 7-11 ci siniflər üçün 38 adda dərsliyin çapı üçün tender elan elan etmişdik, tenderin nəticələri yekunlaşıb, artıq həmin dərsliklər çapa hazırlanır”.

F.Şahbazlı eyni zamanda deyib ki, yuxarı sinif - 7-8-ci siniflər üçün “Zoologiya” dərslikləri də  tamamilə yenilənəcək. Bundan əlavə, 10-11-ci siniflər üçün “Gənclərin çağrışa qədər hazırlığı” dərslikləri də tamamilə yenidən işlənib. “Rəsmxət” dərsliyi də yenilənənlər sırasındadır. .

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı