Modern.az

Əfqanıstanda 3 sülhməramlı əsgər həlak olub

Əfqanıstanda 3 sülhməramlı əsgər həlak olub

Dünya

13 İyul 2011, 16:34

Əfqanıstanın Kapis əyalətində terrorçunun hucumu nəticəsində xarici ölkələrin 3 sülhməramlı əsgəri həlak olub. Modern.az “Röyter” agentliyinə istinadən bildirir ki, bu barədə əyalətin rəhbəri Əbdül Həkim bildirib.  “Özünü partladan terrorçunun bombasından 3 sülhməramlı həlak olub. İki dinc sakin və polis yaralanıb”-deyə o qeyd edib.

NATO-nun Əfqanıstanda olan nümayəndəsi hücum faktını təsdiq etsə də, həlak olan əsgərlərin hansı ölkələrə mənsub olduğunu açıqlamaqdan imtina edib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza