Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi keçirilib.
AFFA-dan Modern.az-a verilən məlumata görə, İsveçrənin Lozanna şəhərində keçirilən tədbirdə milli komandamızın rəqibləri müəyyənləşib.
Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq. Oyunlara bu ilin sentyabrında start veriləcək.