Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, İnqilab İsmayılov küçəsi 6 ünvanında ağacların qəsdən qurudulması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bu haqda Modern.az-a nazirlikdən məlumat verilib.
Sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsinin qəsdən qurudulması məqsədilə yaşköküstə 12-40 sm diametrində 6 ədəd müxləlif cinsli ağacın naməlum şəxslər tərəfindən dib hissəsinin qazılaraq dizel yanacağının töküldüyü faktı aşkar olunub.
Faktla bağlı akt tərtib edilib və təqsirkarların tapılması üçün Xətai rayon Polis İdarəsinə müraciət olunub.
Sözügedən ağaclara zəruri aqrotexniki xidmətin göstərilməsi üçün ETSN tərəfindən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.