Şəkidə zəhərlənmə faktı olub.
APA-nın məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 3 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
MRX-dan bildirilib ki, Elgün Rəsulov sirkə turşusundan zəhərlənib.
Onun vəziyyəti ağır olduğu üçün müalicəsini davam etdirmək məqsədilə Respublika Toksikologiya Mərkəzinə göndəriləcək.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
E.Rəsulovun Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.