Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hazırkı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Vüsal Hüseynov təşkilatın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini seçilib.
V. Hüseynov APA-ya bildirib ki, bununla bağlı bu gün keçirilən seçkilərin nəticəsi bir saat əvvəl açıqlanıb.
Vüsal Hüseynov Azərbaycan Milli Məclisinin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin üzvüdür.