Modern.az

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirir

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirir

24 Yanvar 2018, 22:03

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, sanksiya siyahısına 16 fiziki və 9 hüquqi şəxsin adı əlavə edilib.

“Qara siyahı”ya həmçinin KXDR-ə məxsus altı gəmi, bir sıra Çinə məxsus struktur və Şimali Koreyanın neft sənayesi nazirliyi salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI