Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Donald Tramp Suriyadakı vəziyyəti müzakirə edib.
Türkiyə və ABŞ prezidentləri telefon danışığı zamanı son günlər Afrində aparılan əməliyyatlar ətrafında fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan D.Trampdan terrorçu PKK-nın Suriya qolu olan YPG/PYD-yə dəstəyi dayandırmağı və indiyədək onlara verdikləri silah-sursatı geri almağı tələb edib.
Telefon təması ABŞ prezidentinin istəyi ilə reallaşıb.