Modern.az

Məmmədyarov “Tata Steel Chess”də 5-ci qələbəsini qazandı

Məmmədyarov “Tata Steel Chess”də 5-ci qələbəsini qazandı

Aktual

25 Yanvar 2018, 00:58

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 10-cu turu yekunlaşıb. Modern.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Sviderlə görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə başa çatıb.

 

Bununla Şəhriyar Məmmədyarov turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Turnirin lideri Aniş Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb. Hər üç qrossmeysterin hesabında 7 xal var.

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi yanvarın 26-da 11-ci turda Karlsen Maqnusla görüşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI