Modern.az

Azərbaycanda axtarılan 22 nəfər saxlanıldı

Azərbaycanda axtarılan 22 nəfər saxlanıldı

25 Yanvar 2018, 09:10

Daxili İşlər Nazirliyi ötən gün ərzində daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov Modern.az-a bildirib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb:

“Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib”.

Qurum rəsmisi bildirib ki, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb:

“Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi