Modern.az

Deputatdan boşanmaların sayının azalması üçün TƏKLİF

Deputatdan boşanmaların sayının azalması üçün TƏKLİF

Aktual

25 Yanvar 2018, 11:26

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.

 

Modern.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar.

 

“Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI