Modern.az

Deputatlar uşaqlara görə “həyəcan təbili” çaldılar: “Utancverici haldır”

Deputatlar uşaqlara görə “həyəcan təbili” çaldılar: “Utancverici haldır”

25 Yanvar 2018, 12:08

“Son vaxtlar az yaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Fikirləşirik ki, bununla bağlı qanunda hansı dəyişiklikləri edək ki, həmin şəxslər daha sərt cəzalansın”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.

 

Deputat bildirib ki, belə məsələlərə baxmağa ehtiyac var: “Bu, bizi narahat edir”.

 

Çıxış edən deputat Sədaqət Vəliyeva da bu məsələyə toxunub: “Bu, ağrılı, utanverici haldır. Belə halların qarşısının alınması vacibdir. Buna görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI