Modern.az

Təmizlənmiş hava daha təhlükəlidir - Alimlərdən XƏBƏRDARLIQ

Təmizlənmiş hava daha təhlükəlidir - Alimlərdən XƏBƏRDARLIQ

Aktual

25 Yanvar 2018, 12:47

Elm adamları, havanın çirkləndirici maddələrdən təmizlənməsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə, ABŞ, Norveç və Almaniyadan olan alimlər yer səthində havanın bəzi kirlədici maddələrdən təmizlənməsinin qlobal istiləşməyə səbəb olacağı nəticəsinə gəliblər.

 

“Geophysical Research Letters” jurnalında yayımlanan mütəxəssis araşdırması göstərib ki, sulfatların və qurumun meydana gətirdiyi aerozollardan təmizlənmiş hava iqlim dəyişikliklərinə səbəb olur.

 

Atmosferdə mövcud olan karbon-dioksid səviyyəsinə görə çirkləndirici maddələrdən təmizlənmiş havadakı istixana təsirinin güclənəcəyi, orta hava istiliyinin isə 0,5 və 1,1 dərəcə arasında artacağı məlum olub.

 

Hesabatda aerozolların Günəşin yaydığı radiasiyanı özündə saxlayan bir qoruyucu  funksiyanı yerinə yetirdiyi bildirilib. Həmçinin, təmiz hava  mühitində bu “qalxandan”  məhrum  olan dünyanın əvvəlki ilə müqayisədə daha tez isinəcəyi, daha uzun müddətli quraqlığa və sellərə səbəb olacağı ifadə edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?