Modern.az

“Azərişıq” sənədsiz evlərlə bağlı komitə ilə danışıq aparır

“Azərişıq” sənədsiz evlərlə bağlı komitə ilə danışıq aparır

Aktual

25 Yanvar 2018, 13:54

"Təkcə 2017-ci il ərzində 33 min abonent şəbəkəyə qoşulmaq üçün müraciət edib".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə “Azərişıq” ASC-nin rəsmisi Elsevər Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, bu müraciətlərin 30 mini müsbət cavablandırılıb:

“Bu müraciətlərdən təminən 1000-i qeyri-əhali qrupuna daxil olan abonentlərdir”.

“Azərişıq” rəsmisi deyib ki, sənədsiz evlərlə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır:

“Bildiyiniz kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sənədsiz evlərlə bağlı layihə həyata keçirir. Komitə bizə hər hansı arayış verməklə biz həmin tikilini elektrik enerjisi ilə təmin edəcəyik. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?