Modern.az

Valideynlərini itirənlər təhsil haqqından azad oluna bilər

Valideynlərini itirənlər təhsil haqqından azad oluna bilər

25 Yanvar 2018, 15:39

Azərbaycanda valideynlərini itirmiş şəxslər təhsil haqqından azad edilməsi təklif olunur.

 

Modern.az xəbər verir ki, bununla bağlı “Valideyni itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər edilməsi gözlənilir.

 

“Bu, 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideynlərdən biri isə 2-ci qrup əlil olanda həmin şəxslərin təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsidir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

 

Deputatın sözlərinə görə, hazırki qanunvericilik buna imkan vermir ki, həmin şəxslərə köməklik edilsin.

 

“Təxmini hesablamalara görə, bu rəqəm 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib,daha sonra isə bununla bağlı qanunvericilikdə dəyişikliklər edə bilərik”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI