Modern.az

Zəlzələşünaslar Bayıl yamacında sürüşmənin monitorinqini aparır - FOTOLAR

Zəlzələşünaslar Bayıl yamacında sürüşmənin monitorinqini aparır - FOTOLAR

25 Yanvar 2018, 15:45

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) "Teleqüllə" kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə bir neçə gündən bəri başlayan monitorinqi davam etdirir. Aparılan monitorinqə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. RSXM-nin  əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb. 


Mərkəzdən Modern.az-a bildirilib ki, qurum tərəfindən Bayıl dərəsinin yamacları boyunca ("Teleqüllə" kompleksinin yaxınlığında)  gedən torpaq sürüşməsi prosesinin inkişaf dinamikası, sürüşməyə məruz qalan torpaq kütləsinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər paramertlərinin müəyyən edilməsi üçün ərazidə seysmoloji, geofiziki, maqnitometrik, qravimetrik və digər üsullarla kompleks tədqiqatlar aparılır.


Tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI