Modern.az

“Rusiya Minsk qrupunun həmsədri kimi səylərini artıracaq"

“Rusiya Minsk qrupunun həmsədri kimi səylərini artıracaq"

25 Yanvar 2018, 18:48

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı sülhməramlı prosesdə effektivliyini artırmaq niyyətindədir".

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

 

Rusiyanın bu il ATƏT-in Minsk qrupunun həmsədri kimi aktivliyini qorumaq və artırmaq niyyətində olub-olmamasıyla bağlı suala o belə cavab verib: "İlk növbədə, işin effektivliyini yüksəltmək lazımdır".

"Məncə, hamı elə bununla məşğuldur", - M.Zaxarova əlavə edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI