Modern.az

Bakıda metro işçilərinə həyəcanlı anlar yaşadan gənc saxlanıldı

Bakıda metro işçilərinə həyəcanlı anlar yaşadan gənc saxlanıldı

25 Yanvar 2018, 19:51

Metronun "İnşaatçılar" stansiyasında insident baş verib. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

Məlumata görə, bu gün saat 18:50 radələrində bir nəfər sərnişin platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayıb.

 

N.Paşayevin sözlərinə görə, dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb:

"Həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. O hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub və artıq gecikmə aradan qaldırılıb".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI