Modern.az

Ərdoğan Türkiyə-Suriya sərhədinə getdi

Ərdoğan Türkiyə-Suriya sərhədinə getdi

25 Yanvar 2018, 20:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddə gedib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, president Hatay əyalətində olub. Ərdoğanı səfərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar, baş nazirin müavini Bekir Bozdağ, müdafiə naziri Nurettin Canikli, Quru Qoşunlarının komandanı Yaşar Güler, Hatay valisi Erdal Ata müşayiət edib.

 

Səfərdə məqsəd Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində "Zeytun budağı" altında keçirdiyi antiterror əməliyyatı haqda məlumat almaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI